““Azdrama”nın yalnız bir problemi var”

““Azdrama”nın yalnız bir problemi var”
"Akademik Milli Dram Teatrında yalnız bir problem var idi. Mübahisələr də buna görə qalxmışdı. Hamı teatr üçün baş rejissor tələb edirdi. Bildiyiniz kimi, teatrın artıq baş rejissoru var. Məsələ qaydasınaqoyulub”.
Vətəninfo.az
xəbər verir ki, bunu Modern.az saytına Akademik Milli Dram teatrının aktyoru, əməkdar artist Ələsgər Məmmədoğlu bildirib. Qeyd edək ki, Azərpaşa Nemətin teatra baş rejissor təyin olunmasından sonra qalmaqallı direktor İsrafil İsrafilovun da səlahiyyətləri azalıb. Buna baxmayaraq onun vəzifədə qalması ilə bağlı narazılıq səngiməyib. İki xalq artistinin dalaşmasından sonra kritik həddə çətən məsələyə görə hətta mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev İsrafil İsrafilovu danlayıb.

Ələsgər Məmmədoğlu isə hazırda teatrda nisbi sakitlik olduğunu və vəziyyətin get-gedə yaxşılaşacağını bildirir:

"Bu dəqiqə teatrda hər şey qaydasındadır. Baş rejissor təyin olunub, bundan sonra hər şey yaxşı olacaq”.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az