Azərbaycan 20-ci medalını təmin edib

Azərbaycan 20-ci medalını təmin edib

Azərbaycan pəhləvanı qızıl medal uğrunda gürcüstanlı Elizbar Odikadze ilə güləşəcək

 "Bakı 2015" I Avropa Oyunlarında mübarizə aparan Xetaq Qazyumov finala yüksəlib. "Report"un məlumatına görə, 97 kq çəkidə güləşən pəhləvan yarımfinalda rusiyalı Abdusalam Qadisovu 4:2 hesabı ilə məğlub edib.
Azərbaycan pəhləvanı qızıl medal uğrunda gürcüstanlı Elizbar Odikadze ilə güləşəcək.

Saat 13:30

"Bakı 2015"də bu gün mübarizəyə başlayan Azərbaycanın 4 sərbəst güləşçisindən 3-ü yarımfinala yüksəlib. "Report"un məlumatına görə, olimpiya çempionu Toğrul Əsgərov (65 kq), dünya çempionu Xetaq Qazyumov (97 kq) və Yaşar Əliyev 57 kq) 1/4 final görüşlərini qələbə ilə başa vurub.

T.Əsgərov 1/4 finalda fransalı Maksim Fiqeni yenib - 10:0. Onun növbəti rəqibi belaruslu Azamat Nurkau olacaq.

X.Qazyumov belaruslu İbrahim Saidaunu məğlub edib. 2:1 hesablı qələbə qazanan azərbaycanlı pəhləvanın yarımfinaldakı rəqibi rusiyalı Abdusalam Qadisov olacaq.

Y.Əliyev 1/4 finalda ermənistanlı Qarik Barseqyanı 10:6 hesabı ilə məğlub edib. Onun növbəti rəqibi rusiyalı Viktor Lebedev olacaq.

74 kq çəkidə mübarizə aparan sərbəst güləşçi Cəbrayıl Həsənov isə bürünc medal qarşılaşmasına çıxacaq. İlk təsəlliverici görüşdə finlandiyalı Henri Seleniusu 11:0 hesabı ilə məğlub edən C.Həsənov son görüşündə bolqarıstanlı Kiril Tərziyevlə üz-üzə gələcək.

***

12:41

 "Bakı 2015"də Azərbaycanı təmsil edən sərbəst güləşçisi Yaşar Əliyev 1/4 finalda ermənistanlı Qarik Barseqyanla qarşılaşıb. "Report"un məlumatına görə, prinsipial görüşdə azərbaycanlı pəhləvan 10:6 hesablı qələbə qazanıb.

Bu nəticə ilə Y.Əliyev yarımfinala yüksəlib. Onun növbəti rəqibi rusiyalı Viktor Lebedev olacaq.

Əvəzində Cəbrayıl Həsənov 74 kq çəkidə türkiyəli Soner Demirtaşla üz-üzə gəlib. Yarışın sonunda sevinən tərəf türkiyəli pəhləvan olub - 5:3.

97 kq-da mübarizə aparan Xetaq Qazyumov isə moldovalı Nikolay Cebanı 4:0. Azərbaycan güləşçisi 1/4 finalda belaruslu İbrahim Saidau ilə qarşılaşacaq.

65 kq çəkidə yer alan olimpiya çempionu Toğrul Əsgərov 1/8 finalda moldovalı Mixail Savanı 10:0 hesabı ilə məğlub edib. Onun növbəti rəqibi fransalı Maksim Fiqe olacaq.

***

11:42

Bakı. 17 iyun. REPORT.AZ/ Azərbaycanı I Avropa Oyunlarında təmsil edən sərbəst güləşçi Cəbrayıl Həsənov ilk görüşünü keçirib. "Report"un məlumatına görə, rəqib macarıstanlı Mihali Nagi olub.

Görüş ilk hissədəcə Həsənovun təmiz qələbəsi ilə yekunlaşıb - 10:0. Onun 1/4 finaldakı rəqibi türkiyəli Soner Demirtaş olacaq. 

***

11:17.

"Bakı 2015" I Avropa Oyunlarında sərbəst güləş üzrə 97 kq çəkidə Azərbaycanı təmsil edən Xetaq Qazyumov polşalı Radoslav Barana qalib gəlib. "Report"un məlumatına görə, azərbaycanlı pəhləvan döşəyi 10:0 hesablı qələbə ilə tərk edib. Onun 1/4 finaldakı rəqibi moldovalı Nikolay Seban olacaq.

57 kq-da isə Yaşar Əliyev rəqibini üstələyib. Azərbaycan idmançısı fransalı Zoheyr El Ouarraqe görüşdən qalib ayrılıb - 9:4.

Yaşar Əliyevin növbəti mərhələdə rəqibi Ermənistanı təmsil edən Qarik Barseqyan olacaq.

***

10:40

"Bakı 2015" I Avropa Oyunlarında Azərbaycanı təmsil edən sərbəst güləşçi Toğrul Əsgərov növbəti mərhələyə yüksəlib. "Report"un məlumatına görə, o, 65 kq çəkidə rusiyalı İlias Bekbulatova qalib gəlib.

Görüş Azərbaycan təmsilçisinin 8:7 hesablı qələbəsi ilə yekunlaşıb. T.Əsgərovun 1/8 final mərhələsindəki rəqibi moldovalı Mihail Sava olacaq.

***

10:13

Bu gün "Bakı 2015" I Avropa Oyunlarında sərbəst güləşçilər mübarizəyə qoşulacaq. "Report"un məlumatına görə, dörd çəki dərəcəsində keçiriləcək yarışlarda Azərbaycan bütün çəki dərəcəsində bir pəhləvanla təmsil olunacaq.

57 kq çəkidə Yaşar Əliyev saat 10:35-də döşək üzərinə çıxacaq. Onun rəqibi fransalı Zoheyr El Ouarraqe olacaq. 65 kq mübarizə aparan Toğrul Əsgərov rusiyalı İlias Bekbulatovla üz-üzə gələcək. Pəhləvanlar saat 10:14-də yarışacaqlar.

Azərbaycanın digər təmsilçisi Cəbrayıl Həsənov saat 11:10-da mübarizəyə qoşulacaq. 74 kq-da güləşən C.Həsənov macarıstanlı Mihaly Naqiyə üstün gəlməyə çalışacaq. 97 kq çəki dərəcəsində çıxış edəcək Xetaq Qazyumovun rəqibi isə polşalı Radoslav Barandır. Bu cütlüyün güclüsü saat 10:21-də başlayacaq mübarizədə məlum olacaq.

Qeyd edək ki, kişilər arasında sərbəst güləş yarışı 2 gün davam edəcək.

Vətəninfo.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az