Azərbaycan 4 şəhid verib? - RƏSMİ
Nazirlik açıqlama yaydı
Azərbaycan Müdafiə Nazirliyi təmas xəttində Azərbaycan Ordusunun 4 hərbçisinin həlak olması barədə ermənilərin yaydığı məlumatlara münasibət bildirib.
Nazirlikdən Miq.Az-a verilən məlumata görə, Ermənistanın hərbi rəhbərliyi cəbhədəki son itki və uğursuzluqlarına bəraət qazandırmağa və vahimə içində yaşayan erməni əhalisinə azacıq "inam” verməyə hesablanmış uydurma və yalan məlumatdan növbəti dəfə istifadə edib.
Qeyd edək ki, Ermənistan mətbuatı Azərbaycan xüsusi təyinatlılarının guya iyunun 21-dən 22-nə keçən gecə qarşıdurma xəttini keçmək cəhdinin qarşısının alındığı və 4 nəfər itki verərək geri çəkilmək məcburiyyətində qaldığı barədə məlumat yayıb.
Miq.Az