"Azərbaycan bu məsələdə ayıq-sayıq olmalıdır"
"Azərbaycan həssas və vacib bir bölgədə yerləşdiyindən Yaxın Şərqdə və Suriyada baş verən hadisələrin bura keçmə riski var".
Vətəninfo.az xəbər verir ki, bunu Moderator.az-a açıqlamasında politoloq Tofiq Abbasov bildirib.
Tofiq
Abbasovun sözlərinə görə, Suriyada və İraqın şimalındakı proseslər
yaxın ərazidə baş verdiyindən Azərbaycan risk zonası sayıla bilər. Politoloq
bildirib ki, İŞİD qruplaşmaları emissarları postsovet məkanındakı
müsəlmanlar arasında təbliğat apararaq, bu ölkələrin vətəndaşları
hesabına sıralarını genişləndirməyə çalışırlar.
"O baxımdan
radikal qruplaşmaların ölkəmizdə vəziyyəti gərginləşdirməsi istisna
deyil. Amma buna baxmayaraq Azərbaycan hüquq-mühafizə orqanları aktiv
işləyir. Məhz bunun nəticəsidir ki, son illərdə müxtəlif belə
qruplaşmaları zərərsizlədiriblər. Hansı ki, bu qruplar Azərbaycanda
nəinki terror aktı törətməyə cəhd edib, eyni zamanda insanlara qarşı
bir sıra təhdidlər edilib”, - deyə politoloq vurğulayıb.Politoloq
onu da əlavə etdi ki, Azərbaycanın hüquq-mühafizə orqanları bu məsələ
ilə bağlı ayıq-sayıq olsalar da, bölgəni müharibə çəlləyinə çevirən
qüvvələr bunun arelaının genişlənməsində maraqlıdırlar. "Ona görə də
Azərbaycan bu məsələdə ayıq-sayıq olmalıdır. Düzdür Azərbaycan özünü
belə təhlükələrdən qoruyan ölkədir və buna qadirdir. Ancaq heç nəyi
istisna etmək olmaz. Artıq Rusiyada radikal dini qruplaşmaların
aktivləşməsi ilə bağlı ciddi narahatçılıq olduğundan İŞİD-ə qarşı
mübarizədə ikinci koalisiyanı yaratmaq istəyir və bu məqsədlə İran, İraq
və Bəşər Əsədlə bu sahədə sıx əməkdaşlıq etməyə başlayıb. Həmçinin bizə
qonşu və strateji müttəfiq ölkə olan türkiyə də bu prosesin içindədir.
Gürcüstan da bölgəyə yaxın olduğundan bu ölkənin Pankisi deyilən
ərazisində radikal islamçıların təlim bazası yerləşir və orada onlar
təlimlər keçrilər. Ona görə də azərbaycan hüquq-mühafisə orqanları bütün
bunları qiymətləndirməlidirlər. Çünki uğurlu qabaqlayıcı tədbriləri
vaxtında əldə edilən kəşfiyyat məlumatları əsasında həyata ekrçimək
olar. Bu baxımdan bir daha deyirəm ki, həssas və əhəmiyyətli coğrafi
məkanda yerləşdiyimiz nəzərə alaraq qabaqalayıcı tədbirləri həyata
keçirməliyik”, -deyə Abbasov qeyd edib.