Bosniya və Herseqovinanın Sarayevo şəhərində 20-22 sentyabr 2013-cü il tarixində keçirilən cüdo üzrə Gənclər arasında Avropa Çempionatında milli yığma komandamız 2 qızıl və 2 bürünc medalla hazırda birinci pillədədir.
Vətəninfo.az xəbər verir ki, 55 kq-da mübarizə aparan Məmmədov Davud bütün rəqiblərindən güclü olaraq qızıl, Sadığov Mehman isə bürünc medal qazanıb. Eyni nəticələri 60 kq-da iki cüdoçumuz təkrarlayıb-Rufullayev Rəşad qızıl, Vəlizadə Oruc bürünc medala sahib olublar. Qeyd edək ki, cüdo üzrə Gənclər arasında Avropa Çempionatında 43 ölkədən 416 cüdoçu güclərini sınayır.
Xatırladaq ki, gənclərdən ibarət milli komandamızın Avropa Çempionatlarında analoji qələbələri 1999-cu ildə İtaliyada olmuş (3 qızıl və 1 gümüş medal) və ikinci dəfə 10 il sonra 2009-cu ildə Ermənistanda təkrarlanmışdı (1 qızıl, 1 gümüş və 3 bürünc medal). Yüksək nəticənin növbəti dəfə daha az müddətə əldə olunması hazırda cüdo idman növünə göstərilən qayğının və cüdoçularımızın hazırlıq səviyyəsinin getdikcə daha da təkmilləşdirilməsinin bariz nümunəsidir.
Çempionatın ilk günündə millimizin bu möhtəşəm qələbələri və komanda hesabında ilk pillədə qərarlaşması böyük uğurumuzdur. İnanırıq ki, yüksək nəticə göstərən cüdoçularımız 2015-ci ildə keçiriləcək Bakı Avropa Olimpiya Oyunlarında ən ümidverici idmançılarımız olacaq.
Vətəninfo.az
Hüseynəli xanı Əfşar kimi təqdim etdilər - İran səfirliyinin kobud səhvi
QURU SƏRHƏDLƏR AÇILSA, QİYMƏTLƏR UCUZLAŞACAQ? - İqtisadçıdan AÇIQLAMA
Ağdamda İşğal və Zəfər Muzeyləri Kompleksinin tikintisini 43 milyona vergi borcu olan bu şirkət həyata keçirəcək
Ermənilər Şeyxi hədəfə aldı...
Səməd Vurğunun heykəlindəki kiril əlifbası niyə dəyişdirilmir? – Deputatdan çağırış
“Shaurma №1”-in sahibi Aqil Babayevə qarşı həbsdə çoxsaylı sui-qəsd cəhdlərinin ifşası: Natiq Sadıqovun məqsədi nədir?
Əli Kərimli ilə bağlı KRİTİK GÜN
“Barış üçün qapınıza gəlsələr, geri qaytarın” – Mirşahindən çağırış
“ABŞ Prezidenti Donald Tramp yaxın günlərdə İrana nüvə zərbəsinin endirilməsinə qərar verə bilər”.
“Ramiz Mehdiyev və Əli Həsənovun xalqdan oğurladıqları geri qaytarılacaqmı?”
Aqil Abbas Məclisdə coşdu: “Niyə bizə ev verilməməlidir?”
“Nar”ın baş icraçı direktoru rəqəmsal texnologiyalarla bağlı təlim keçdi
Ramiz Mehdiyevin ailə üzvləri haqda sensasiya – Sıra onlara çatır?
Ramiz Mehdiyev harada dəfn olunacaq?
Nazirin yanına gedəsən, əliboş qayıdasan, bu biabırçılıqdır! – Deputat