"Azərbaycan Dəmir Yolları" gücləndirilmiş iş rejiminə keçir
Vətəninfo.az "Report"a istinadla xəbər verir ki, "Azərbaycan Dəmir Yolları” QSC-nin Sərnişin daşımaları Departamentində Ramazan bayramı ərəfəsində gücləndirilmiş iş rejimi tətbiq olunacaq.
QSC-nin Mәtbuat Katibliyinin rәisi Nadir Әzmәmmәdov bildirib ki, Departamentin kollektivi sərnişin qatarlarında xidmət mədəniyyətinin yüksəldilməsi istiqamətində ciddi işlər görür: "Bayram günlərində sərnişin sıxlığının artması ilə əlaqədar ölkə daxilində hərəkət edən sərnişin qatarlarına hər gün 10-15, bəzən də 20 ədəd əlavə vaqonun qoşulması təmin ediləcək".
"Bir daha sərnişinlərin nəzərinə çatdırırıq ki, sərnişin qatarlarına bilet satışı 10 gün qabaqcadan, əlavə vaqonlara isə bilet satışı həmin vaqon qatara qoşulan gün həyata keçirilir”, - deyə şirkət rəsmisi qeyd edib.