Azərbaycan diasporuna itki üz verib-FOTO

Azərbaycan diasporuna itki üz verib-FOTO

Rusiyadakı Azərbaycan diasporuna ağır itki üzv verib.

Vətəninfo.az xəbər verir ki,Ümumrusiya Azərbaycanlıları Konqresinin Yaroslavl nümayəndəliyinin rəhbəri Söhrab İbrahimov vaxtsız vəfat edib. Bu barədə diaspor nümayəndələrimiz sosial şəbəkələrdə yazıblar.

İbrahimov Söhrab Mədət oğlu 10 iyul 1974-cü ildə Laçın rayonun Alıqulu kəndində coxuşaqlı əməkci ailəsində anadan olub. 1991-ci ildə Pircahan kənd orta məktəbini bitirib. Ali təhsil almaq məqsədi ilə Rusiya Federasiyasının Yaraslavl vilayətinin Yaraslavl şəhərinə uz tutur və əmək fəaliyətinə Yoraslavl Şinn Zavodunda başlayib.1992-çi ildən zavodaki işini sahibkarliq fəaliyyəti ilə əvəz edir. Yaraslavl şəhərində ilk sahibkardan biri kimi dövlət qeydiyyatından kecərək fəaliyyətə başlayıb. 

1997-ci ildə Beynəlxalq İqtisadiyyət və huquq inistituna qəbul olub. 2002-ci ildə həmin inistutun huquq fakultəsinin "Dövlət idarə etməsi" ixtisasina yiyələnərək elə həmin vaxtdan bu gunə qədər Yaraslavl şəhərində fəaliyyət göstərən böyuk tikinti kompaniyasi olan "Vivat" firmasının huquq məsləhətcisi vəzifəsində calişir. 2007-çi ildən "Mila" firmasının direktorudur. 2009-cu ilin may ayinda Rusiya İctimai təşkilati "Ümumrusiya Azərbaycanlıları Konqressi" Yaroslavl şəhər şöbəsinin sədri olur.

Elə həmin ilin iyun ayından coxlu səs üstünlüyü ilə Ymumrussiya İçtimai təşkilati " Ümumrussiya Azərbayçanlilar Konqressi" Yaraslavl regional şöbəsinin sədri secilir. Yaroslavl şəhərində kecirilən muxtəlif tədbirlərdə fəal iştirak edir. Azərbayçanin mədəniyyətini, incəsətinin ədəbiyyatının Russiyada yaşayan coxsaylı başqa milləttlərə catdirilmasinda milli adət-ənənələrimizin yayılmasında,qorunub saxlanılmasında və azərbaycanlıların miqrasiyası ilə bağlı irəli cıxan problemləri huquqi çərçivədə həll olunması üçün regional və şəhər hakimiyyətləri ilə federal sturukturarla qarşılıqlı əlaqələr yaradılmasında əlindən gələni edir. Hər il Yaroslavl şəhərində təşkil edilmiş "20 Yanvar","26 Fevral Xoçali soyqırımı" "Novruz bayramı", Azərbaycanlıların Həmrəylik gunu" və s.tədbirllərin yaradıcısı və təşkilatcısı olur.

2009-cu ildən Rusiya Federasiyasının apariçi və hakim partiyası "Edinaya Rossiya"partiyasının uzvu, partiyanın ilkin dairələrindən birinin katibi, şəhər sovetinin siyasi bürosunun uzvudur. Ailəli idi, 2 qız və 1 oğul övladı var.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az