Ümumrusiya Azərbaycan Konqresinin Mordoviya şöbəsinin keçmiş rəhbəri Yaşar Abışov 6 il müddətinə həbs oluna bilər.
Bu barədə Rusiya KİV-ləri məlumat yayıb.
Yaşar Fəqan oğlu Abışov 2002-2007-ci illərdə Mordoviya prokurorunun baş köməkçisi olub. Bundan sonra pensiyaya çıxıb. Amma sonrakı hadisələrin də göstərdiyi kimi, əvvəlki işinin xüsusiyyətlərini və köhnə əlaqələrini unutmayıb.
İstintaqla müəyyən edilib ki, Abışovun tanışı olan bir qadın mayın 16-da onunla "Maqnit” mağazasının yaxınlığında görüşüb. Qadın Abışovdan 2003-cü ildə qrup halında qarət maddəsi ilə həbs olunmuş bir nəfəri vaxtından əvvəl həbsdən buraxdırmaqda yardım göstərməyi xahiş edib.
Qadını diqqətlə dinləyən keçmiş prokuror fürsətdən istifadə edərək ona təklif olunmuş pulları ələ keçirmək qərarı verib. Məsələ burasındadır ki, Abışov bu məsələnin həllinə təsir etmək gücünə malik olmayıb. Buna baxmayaraq o, qadına vəd edərək "buna imkan olduğunu, lakin lazımi adamlara 300 min rubl vermək lazım gəldiyini” bildirib.
Bu görüşdən bir neçə gün sonra qadın Abışova elə həmin yerdə maşının içində 250 min rubl verib. Dövlət təhlükəsizlik xidmətinin əməkdaşları Azərbaycan diasporunun liderini elə pulqarışıq yaxalayıb. Onun üstündən rüşvət kimi aldığı 250 min rubl da daxil üst-üstə 330 min rubl aşkarlanaraq götürülüb.
Virtualaz.org
Çingiz Abdullayevdən Polad Bülbüloğluna dəstək — FOTO
Aqrar sektoru və kadr potensialını birləşdirən məkan – Dövlət Aqrar Universiteti
Xətai rayon Məhkəməsinin hakimi Əminə Abbasovanın ədalətsiz qərarı QOHUMLUQ ƏLAQƏLƏRİNİN hüquq üzərindəki "qələbəsidiir"-ŞİKAYƏTÇİ
“Həcərin, Nigarın, Əslinin bu xalqa heç bir dəxli yoxdur, üçü də…” – Cəlaloğludan şok
Kəmalə Ağazadədən İqbal Ağazadəyə cavab
İranın AzTV qərarının görünməyən tərəfi – Ölkədə həbslər ola bilər
Deputat: “Xaricdə mühacirlərlə görüşməyimizdə hər hansı problem yoxdur, çünki deməyə sözümüz var”
İcra başçıcı Leyla Əliyevanın açılışını etdiyi parkı satıb? -GECƏLƏR AĞACLAR KƏSİLİR
Deputat: “İran tərəfi bilməlidir və bilir ki, Azərbaycan Televiziyası dövlət kanalıdır, dövlətimizi təmsil edir”
Məmməd Musayev əlbir olduğu sahibkarlarla birgə HƏBS EDİLDİ