Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) müxbir üzvü, AMEA Riyaziyyat və Mexanika İnstitutunun “Diferensial tənliklər” şöbəsinin müdiri, professor Bala İsgəndərov vəfat edib.
AMEA-dan "Vətəninfo.az"a verilən məlumata görə, B. İsgəndərov 76 yaşında dünyasını dəyişib.
Bala Ağa-Hüseyn oğlu İsgəndərov 1936-cı il dekabrın 21-də Bakı şəhərində anadan olub. 1961-ci ildə Moskva Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsini bitirib. 1967-ci ildə namizədlik, 1994-cü ildə doktorluq dissertasiyasını müdafiə edib, 1996-cı ildə professor elmi adını alıb, 2001-ci ildə isə AMEA-nın müxbir üzvü seçilib. 1964-cü ildə AMEA Riyaziyyat və Mexanika İnstitutunda elmi fəaliyyətə başlamış B.İsgəndərov Bakı Dövlət Universitetində 40 ildən artıq pedaqoji fəaliyyətlə məşğul olub. O, yerli və xarici ölkələrin jurnallarında çap edilmiş 60-dan artıq elmi məqalənin müəllifidir. Alimin rəhbərliyi altında 13 namizədlik dissertasiyası müdafiə edilib, həmçinin o, 100-dən artıq doktorluq və namizədlik dissertasiyalarının opponenti olub.
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL
“Əgər bilsəydim ki, Ramiz Mehdiyev...”
Azərbaycan neftinin qiyməti 107 dolları ötdü
Aliment məbləği artırılır?