Azərbaycan əsgəri şəhid olub? — Müdafiə Nazirliyindən AÇIQLAMA

Azərbaycan əsgəri şəhid olub? — Müdafiə Nazirliyindən AÇIQLAMA

Sosial şəbəkələrdə Xaçmaz rayon Yeni Həyat qəsəbəsinin sakini Bilalov Ramil Kamal oğlunun şəhid olması barədə iddialar yayılıb.

Miq.Az-ın  məlumatına görə, Müdafiə Nazirliyinin mətbuat katibi Vaqif Dərgahlı saytımıza açıqlamasında bildirdi ki, nazirliyin tərkibində belə bir əsgər yoxdur:

"Dövlət Sərhəd Xidmətinə müraciət edin, bizdə belə adam yoxdur”.

Məsələ ilə bağlı DSX ilə əlaqə saxlamağa çalışsaq da, bütün zənglərimiz cavabsız qaldı.

Qeyd edək ki, iddiaları səsləndirənlər, Ramil Bilalovun harada və necə şəhid olması ilə bağlı heç bir məlumat verməyiblər.(yeniavaz.com)
 

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az