Azərbaycan haqqında qeyri-obyektiv informasiyalar yayılır.

Azərbaycan haqqında qeyri-obyektiv informasiyalar yayılır.

«Müasir dövrümüzdə informasiya təhlükəsizliyi aktual bir məsələyə çevrilib. Azərbaycanın dövlət quruculuğu prosesində informasiya təhlükəsizliyi diqqət mərkəzində saxlanılır». “Vətəninfo.az”ın məlumatına görə,bu fikirləri YAP Siyasi Şurasının üzvü, Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib.

A.Mirzəzadə bildirib ki, dövlət əhəmiyyətli informasiyaların qorunması üçün müvafiq mexanizmlər mövcuddur. Onun sözlərinə görə, dövlət əhəmiyyətli informasiyaların qorunması təhlükəsizliyimizin də qorunması deməkdir.

«Prezident İlham Əliyev informasiya təhlükəsizliyi haqqında dəyərli fikirlər səsləndirib. Bu fikirlər bu istiqamətdə bizim qarşımızda yeni vəzifələrin dayandığını göstərir. Hazırda informasiya təhlükəsizliyi dünyada qlobal məsələyə çevrilib. İnformasiya təhlükəsizliyi həmçinin, dünya ictimaiyyətinə düzgün informasiyaların çatdırılması deməkdir ki, bu da Azərbaycan üçün çox aktualdır. Çünki bizim torpağımıza, tariximizə, mədəniyyətinə qəsd edilib. Bu həqiqətlərin beynəlxalq müstəviyə çatdırılması üçün düzgün iş aparılmasına maraqlıyıq. Bu gun Azərbaycan dünyanın arzuladığı əməkdaşa çevrilib. Bu da ölkəmizin apardığı siyasət, qazandığı nailiyyətlərlə əlaqədardır. Amma təəssüf ki, bəzi qüvvələr tərəfindən məqsədli şəkildə Azərbaycan haqqında qeyri-obyektiv informasiyalar yayılır. Burada məqsəd sürətlə inkişaf edən dövlətimiz haqda beynəlxalq müstəvidə mənfi imic yaratmaqdır. Təbii ki, belə təhdidlərin qarşısının alınması üçün bizim üzərimizə ciddi vəzifələr düşür. Biz həmin yalan informasiyanın ifşa edilməsi üçün fəaliyyətimizi gücləndirməliyik. Eyni zamanda, dolğun, ardıcıl informasiyalar ilə Azərbaycanı dünyada daha yaxşı tanıtmaq, dostlarımızın sayını artırmaq olar»- deyə YAP Siyasi Şurasının üzvü vurğulayıb.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az