Azərbaycan hərbi əməliyyatlara başlaya bilər – Erməni diplomat

Azərbaycan hərbi əməliyyatlara başlaya bilər – Erməni diplomat

"Azərbaycan sabah hücuma keçə bilər"

Şuşanın işğal günündə Azərbaycan Ordusunun hücuma keçəcəyi barədə Ermənistanda olan mövcud panikaya erməni diplomat da qoşulub.
 
Miq.az Musavat.com-a istinadla xəbər verir ki, diplomat Armen Navasardyan Dağlıq Qarabağdakı qondarma rejimin tanınmasının birmənalı olmayan nəticələrini xatırladıb, bununla bərabər, əlavə edib ki, hərbi əməliyyatların bərpası mümkünlüyü tanınma ilə əlaqələli deyi:
 
"Beynəlxalq güclərin reaksiyasını nəzərə alsaq, bu qənaətə gəlmək olar ki, Moskva tanınma prosesinə dəstək vermir, ABŞ susur, Türkiyə isə məsafə saxlayır. Azərbaycan hərbi əməliyyatlara başlaya bilər – o cümlədən də 8-9 mayda. Ancaq bu, Qarabağın tanınması ilə əlaqədar deyil” – erməni diplomat vurğulayıb.
 
Xatırladaq ki, Dağlıq Qarabağ ətrafındakı 7 rayondan erməni silahlı qüvvələrinin dərhal və qeyd-şərtsiz çıxması tələbi ilə BMT-nin 4 qətnaməsi, o cümlədən AŞPA-nın işğalla bağlı mövqeyi var. Beynəlxalq qanunvericiliyə görə, Azərbaycanın işğal olunmuş ərazisindəki erməni ordusu qanunsuz silahlı birləşmələr sayılır və Azərbaycan bu qanunsuz silahlı birləşmələrə qarşı istənilən vaxt anti-terror əməliyyatı keçirmək hüququnu özündə saxlayır.

Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az