“Azərbaycan millisi dünyanın ən güclü məşqçisi ilə də uğur qazana bilməz” — Qüdrət Həsənquliyev

“Azərbaycan millisi dünyanın ən güclü məşqçisi ilə də uğur qazana bilməz” — Qüdrət Həsənquliyev
"Azərbaycan milli futbol komandasının İslandiyaya biabırçı nəticə ilə uduzmasından sonra daha çox baş məşqçi tənqid olunur. Halbuki Azərbaycan futbolunun hazırki səviyyəsi elədir ki, burada heç bir baş məşqçi ciddi uğurlara nail ola bilməz”.

Bu fikirləri Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev partiyanın Ali Məclisinin bu gün keçirilən iclasında ictimai-siyasi məsələlərlə bağlı çıxışı zamanı deyib.

Qüdrət Həsənquliyev bildirib ki, bu cür problemlərin yaranmaması üçün kompleks tədbirlərə ehtiyac var: "İlk növbədə uşaq futboluna ciddi yatırım qoyulmalıdır. Futbol akademiyaları yaradılmalı və inkişaf etdirilməli, məhəllələrdə, o cümlədən kəndlərdə uşaqların futbolla məşğul olması üçün şərait yaradılmalı, çoxsaylı stadionlar inşa edilməli, ciddi infrastruktur qurulmalıdır. Eyni zamanda futbol klublarının öz akademiyaları olmalıdır.

Məsələn, ən ciddi uğur qazanan komandamız "Qarabağ”dır. Onun heyəti isə əsasən əcnəbi oyunçulardan təşkil olunur. Ona görə ki, səviyyəli yerli oyunçularımız yox dərəcəsindədir. Bu problemlər həll olunmadan dünyanın ən güclü məşqçisi ilə də Azərbaycan millisi uğur qazana bilməz”.

ƏHD Partiyası mətbuat xidməti


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az