Azərbaycan mobil operatorlarının illik qazancı açıqlandı

Azərbaycan mobil operatorlarının illik qazancı açıqlandı

2019-cu ilin yanvar-noyabr ayları ərzində Azərbaycanda informasiya və rabitə müəssisələri 1 milyard 964,2 milyon manatlıq xidmət göstərib.

Trend-in məlumatına görə, göstərilən xidmətin 72,8 faizi əhali tərəfindən istehlak olunub.2018-ci ilin eyni dövrü ilə müqayisədə informasiya və rabitə xidmətlərinin dəyəri real ifadədə 15,9 faiz artıb, bu sahədə əldə edilmiş gəlirin 82,4 faizi qeyri-dövlət sektorunun payına düşüb.

Xidmətlərdən əldə edilən gəlirin 41,5 faizi və ya 815,2 milyon manatı mobil telefon rabitəsi sahəsində formalaşıb.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az