Azərbaycan Ordusunun ən yaxşı snayperləri müəyyənləşdi

Azərbaycan Ordusunun ən yaxşı snayperləri müəyyənləşdi

2018-ci il üçün döyüş hazırlığı planına əsasən, Azərbaycan Ordusunun hərbi hissələri üzrə "Ən yaxşı snayper” adı uğrunda yarış keçirilib.

Miq.Az Müdafiə Nazirliyinin saytına istinadən bildirir ki, sərrast atıcılıq qabiliyyətinə malik snayper-hərbi qulluqçuların müəyyən edilməsi məqsədilə təşkil olunan yarış Nazirliyin xüsusi təchiz edilmiş təlim meydançasında keçirilib.

Hərbi qulluqçuların təchizatı yoxlanıldıqdan sonra onlar əvvəlcədən hazırlanmış atəş mövqelərini tutub və normativləri icra ediblər.

Snayperlər hədəflərə fərdi və qrup şəklində atışlar edib, maneələrin dəf edilməsi üzrə tapşırıqları müvəffəqiyyətlə yerinə yetiriliblər. 6 mərhələdən ibarət olan yarışda hərbi qulluqçular "Snayper müdafiədə”, "Snayper hücumda” və digər tapşırıqlar üzrə çalışmalarda öz bacarıqlarını nümayiş etdiriblər.

Yekun nəticələrə görə, qaliblər müəyyən edilib və mükafatlandırılıb.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az