Azərbaycan Premyer Liqasında yeni mövsüm başlayır

Azərbaycan Premyer Liqasında yeni mövsüm başlayır

Vətəninfo.az  xəbər verir ki, bu gün Topaz Premyer Liqasında 2014/15 mövsümünün ilk turuna start veriləcək. Apasport.az saytının məlumatına görə, turun qarşılaşmaları iki gün ərzində keçiriləcək. Mövsümün ilk oyun günündə iki görüş baş tutacaq. Bu matçların hər ikisi Bakıda oynanılacaq. Turun ilk oyununda “Bakı” “Simurq”u qəbul edəcək. Son görüşlərdə rəqibinə müqavimət göstərməkdə çətinlik çəkən əyalət təmsilçisi paytaxtın eyniadlı təmsilçisinin indiki durumundan yararlanmağa çalışacaq. Çünki hazırda “Bakı” heç də ən yaxşı günlərini yaşamır.

Günə AZAL və “Xəzər Lənkəran” arasında oyunla yekun vurulacaq. Mövsümlərarası fasilədə transfer bazarında ən fəallardan olan iki klub startda qələbə qazanmağa çalışacaq. Qeyd edək ki, turun digər 3 oyunu sabah keçiriləcək.

Topaz Premyer Liqası, I tur
9 avqust (şənbə)

18:00. “Bakı” – “Simurq”
Hakimlər: Orxan Məmmədov, Elman Musayev, Rahil Ramazanov, Fərid Məmmədov
“Bakı” FK-nın təlim-məşq bazasının stadionu

20:00. AZAL – “Xəzər Lənkəran”
Hakimlər: Rəhim Həsənov, Yaşar Abbasov, Mehman Mahmudov, Teymur Fərhadov
Əlavə köməkçi hakimlər: Ömər Paşayev, İnqilab Məmmədov
“AZAL Arena”

10 avqust (bazar)

18:00. “Araz Naxçıvan” – “Neftçi”
Hakimlər: Fariz Yusifov, Azər Əsgərov, Vaqif Musayev, Ramiz Məhərrəmov
Naxçıvan Muxtar Respublika stadionu

20:00. “İnter” – “Qəbələ”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Namiq Hüseynov, Nail Nağıyev
Əlavə köməkçi hakimlər: Ramil Əhmədov, Vüsal Əliyev
“İnter Arena” stadionu

20:00. “Sumqayıt” – “Qarabağ”
Hakimlər: Rauf Cabbarov, Mübariz Haşımov, Elşən Acalov, Sərxan İsmayılov
“Kapital Bank Arena”


Vətəninfo.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az