Azərbaycan prezidenti tələb edir ki... - Hacıyev
Azərbaycanın strategiyası budur ki, regionda sülh olsun. Azərbaycan prezidenti tələb edir ki, ölkələrin suverenliyi, ərazi bütövlüyü qarşılıqlı şəkildə tanınsın.
Miq.Az Oxu.az-a istinadən xəbər verir ki, bunu Prezidentin köməkçisi Hikmət Hacıyev "Mədəniyyət naminə sülh” Tərəfdaşlar Forumunda deyib.
O bildirib ki, hazırda dayanıqlı sülhün bərqərar olması əhəmiyyətlidir.
Prezidentin köməkçisi qeyd edib ki, Azərbaycanın əraziləri işğal altında olarkən həmin yerlərdəki mədəni irslər dağıdılıb:
"Biz UNESKO-nu dəvət edirik ki, işğaldan azad edilmiş ərazilərdə Azərbaycanın mədəni irsinə qarşı həyata keçirilmiş addımları görsünlər”.
Hikmət Hacıyev bildirib ki, Cənubi Qafqazda dayanıqlı sülhün, təhlükəsizliyin bərqərar olması vacibdir.
Miq.Az