Azərbaycan qırıcılarını havaya qaldırır
Hava hədəflərinin məhv edilməsi nümayiş ediləcək
"Dəniz kuboku - 2017” müsabiqəsinin növbəti mərhələsinə MiQ-29 təyyarələri cəlb olunacaq.
Müdafiə Nazirliyindən Miq.az-a verilən məlumata görə, avqustun 3-də "Dəniz kuboku - 2017” müsabiqəsində iştirak edən gəmi heyətləri Xəzər dənizində təyin olunmuş rayonda hava hədəflərinin məhv edilməsi üzrə peşəkarlıqlarını nümayiş etdirəcəklər.
Müsabiqənin bu mərhələsinin təmin olunmasına Azərbaycan Hərbi Hava Qüvvələrinin dörd MiQ-29 təyyarəsi cəlb olunacaq.
Miq.az