Azərbaycan rayonlarında şiddətli külək və aramsız yağışlar: bir nəfər həlak oldu

Azərbaycan rayonlarında şiddətli külək və aramsız yağışlar: bir nəfər həlak oldu

Gün ərzində ən müxtəlif Azərbaycan rayonlarından güclü küləyin və yağışın törətdiyi fəsadlarla bağlı xəbərlər gəlməkdədir. Təəssüf ki, itkisiz ötüşməyib.

Küləklə müşayiət olunan aramsız yağışlar Tərtər və Goranboyun bir sıra kəndlərində fəsadlara yol açıb. "Report” xəbər verir ki, nəticədə, Goranboy və Tərtərin bir sıra kəndlərində təsərrüfata ciddi ziyan dəyib.

Xüsusilə, Tərtərin Mamırlı kəndi və ona qonşu olan ərazilərdə yağış selə çevrilib. Kəndin daxili yollarını və həyətləri su basıb. Nəticədə, həyətyanı taxıl sahələri yararsız vəziyyətə düşüb.

Yağış günorta saatlarında kəsilsə də, həyətlər və kəndin yolları hələ də su altında qalmaqdadır. Sakinlərin sözlərinə görə, son illər ərzində belə güclü sel müşahidə olunmayıb.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az