Azərbaycan - Rusiya sərhədində güclü yanğın başlayıb

Azərbaycan - Rusiya sərhədində güclü yanğın başlayıb
Yanğının qarşısını almaq üçün helikopterlər cəlb olunub

Rusiya-Azərbaycan sərhədində yerləşən Samur meşəsində yanğın başlayıb. İstiPress Rusiya KİV-nə istinadən xəbər verir ki, yanğın Dağıstan ərazisində qeydə alınıb.
Dağıstan FHN-nin yaydığı məlumata görə, yanğının söndürülməsi üçün əraziyə helikopter göndərilib. 
Hadisə yerində 50 yanğınsöndürən və iki texnika cəlb olunub. Yerli sakinlər yanğının söndürülməsinə yardım edirlər. Yanğının iki hektar ərazini əhatə etdiyi bildirilir. 
IstiPress-in Şimal bürosuna Qusar meşə mühafizəsi və bərpası müəssisəsindən bildirilib ki, yanğının Azərbaycan ərazisinə keçmək ehtimalı yoxdur. Çünki sərhədləri Samur çayı ayırır. Bununla belə, ərazidə mühafizə tədbirləri gücləndirilib. 
Qeyd edək ki, Samur meşələrinın Dağıstanın  Məhərrəmkənd rayonunun Gili və Migerqran  kəndləri ərazisinə düşən hissəsində səhər saatlarında güclü yanğın başlayıb. Tüstülənmə Azərbaycan tərəfindən də müşahidə edilir.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az