Azərbaycan-Türkiyə birgə qoşun növü MASADA

Azərbaycan-Türkiyə birgə qoşun növü MASADA

"Gələn il Qarabağ konfliktinin həllində irəliləyiş əldə olunmasa, Türkiyə-Azərbaycan birgə ordu birləşməsi Naxçıvanda yaradıla bilər. Bu il ərzində Türkiyə ilə bir neçə dəfə birgə hərbi təlimlər, türk generallarının intensiv səfərləri və iki dövlətin baş qərərgahları arasında sənədlərin imzalanması, iki dövlətin ordusunun inteqrasiyasını sürətləndirir.

Regionda gedən gərgin geosiyasi proseslər Azərbaycanla Türkiyənin birgə ordu yaratmasını şərtləndirir. Naxçıvannın təhlükəsizliyinə qarantı olan Türkiyənin burada birgə ordu yaratması qanuna uyğundur. Türkiyə-Azərbaycan birgə ordu birləşməsi, Ermənistanın işğalçı qüvvələrinə qarşı mübarizədə istifadə edilə bilər."

Bu sözləri Miq.Az saytına açıqlamasında politoloq Məhəmməd Əsədullazadə bildirib. 

Politoloq qeyd etdi ki, Türkiyə Azərbaycanla təkcə hərbi texniki yardımda deyil, şəxsi heyətin döyüş qabiliyyətinin yüksəldilməsində, xüsusi qoşunların müasir döyüş tələblərinə uyğun formalaşmasında mühüm rol oynayır. Göründyü kimi, Ermənistan işğal etdiyi ərazilərdən çəkilmək fikrində deyil. 

"Rusiyanın manipulyasiya xarakterli apardığı siyasət və ATƏT-ın Minsk qrupunun həmsədrlərinin münaqişənin həllində iki başlı siyasəti, qəbul etdiyi sənədlərdə ərazi bütövlüyü və xalqların müqəddartını qeyd etməsi konfliktin həllini mümükünsüz edir. Ona görədə Azərbaycanın Türkiyə ilə birgə silahlı qüvvələrini inkişaf etdirməsi mütləqdi və zaman Qarabağda növbəti münaqişəni yaxınlaşdırır."-deyə politoloq qeyd edir.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az