Azərbaycan-Türkiyə birgə təlimlərində istifadə ediləcək silahlar nümayiş olundu - FOTO

Azərbaycan-Türkiyə birgə təlimlərində istifadə ediləcək silahlar nümayiş olundu - FOTO
Mayın 1-dən 5-dək keçiriləcək Azərbaycan və Türkiyə Silahlı Qüvvələrinin birgə döyüş atışlı taktiki təlimlərində istifadə olunacaq silahların, hərbi və xüsusi texnika nümunələrinin sərgisi keçirilib.

Müdafiə Nazirliyindən Miq.az-a  verilən məlumata görə, təcrübəli mütəxəssislər tərəfindən şəxsi heyətə hərbi texnikaının istismarı, tətbiqi, döyüş və digər imkanları barədə məlumatlar çatdırılıb.
Qeyd edək ki, iki ölkə arasında imzalanmış hərbi əməkdaşlıq haqqında sazişə əsasən keçirilən birgə təlimlərdə şəxsi heyət, zirehli texnika, artilleriya qurğuları və minaatanlar, Hərbi Hava Qüvvələrinin döyüş və nəqliyyat helikopterləri, həmçinin qruplaşmanın havadan mühafizəsi məqsədilə müasir müdafiə kompleksləri ilə silahlanmış hava hücumundan müdafiə və zenit-raket bölmələri iştirak edəcək.




İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az