Azərbaycan və İran müdafiə nazirləri görüşdü

Azərbaycan və İran müdafiə nazirləri görüşdü

İranda rəsmi səfərdə olan müdafiə naziri Zakir Həsənov iranlı həmkarı Hüseyn Dehqan ilə görüşüb.

Miq.Az APA-ya istinadən xəbər verir ki, görüşdə iki ölkə arasında münasibətlər və regional məsələlər müzakirə olunub.
 
Daha sonra İran Müdafiə Nazirliyinin binası qarşısında Z. Həsənovun da iştrak edəcəyi rəsmi bir mərasim də keçiriləcək.
 
Qeyd edək ki, Z. Həsənovun H. Dehqanın dəvətilə aprelin 15-də İrana rəsmi səfəri başlayıb.  Səfər çərçivəsində İranın siyasi və hərbi rəhbərliyi ilə keçiriləcək bir sıra görüşlərdə ikitərəfli hərbi əməkdaşlıq və regional təhlükəsizlik məsələlərinin müzakirəsi planlaşdırılıb.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az