Azərbaycan və Rusiya Baş Nazirləri koronavirusla mübarizəni müzakirə ediblər

Azərbaycan və Rusiya Baş Nazirləri koronavirusla mübarizəni müzakirə ediblər

Azərbaycan və Rusiya Baş Nazirləri Əli Əsədov və Mixail Mişustin arasında telefon danışığı olub.

Miq.Az "RİA Novosti”yə xəbər verir ki, Hökumət başçıları koronavirusun yayılması təhlükəsi ilə bağlı vəziyyəti müzakirə ediblər.

"Hökumət başçıları, Rusiyada və Azərbaycanda koronavirus infeksiyasına qarşı mübarizə və iqtisadiyyatı dəstəkləmək üçün görülən tədbirləri müzakirə ediblər”, deyə məlumatda bildirilir.

Mişustin və Əsədov, həmçinin iki ölkə arasında iqtisadi-ticarət əməkdaşlığının aktual məsələlərinə toxunublar.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az