Azərbaycan və Rusiya prezidentləri Dağlıq Qarabağ münaqişəsini müzakirə ediblər

Azərbaycan və Rusiya prezidentləri Dağlıq Qarabağ münaqişəsini müzakirə ediblər
Azərbaycan və Rusiya prezidentləri Dağlıq Qarabağ münaqişəsini müzakirə ediblər

Azərbaycan prezidenti İlham Əliyev və Rusiya prezidenti Vladimir Putin arasında Soçidə keçirilən görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı məsələlər müzakirə edilib.

Miq.az-ın APA-ya istinadən verdiyi məlumata görə, dövlət başçıları Azərbaycanla Rusiya arasında strateji tərəfdaşlıq əlaqələrinin mövcudluğunu bir daha təsdiqləyib, ikitərəfli münasibətlərin siyasi, iqtisadi, humanitar və digər sahələrdə uğurla inkişaf etdiyini vurğulayıblar.

Beynəlxalq və regional problematika ətrafında da fikir mübadiləsi aparılıb.

Hər iki dövlət başçısı Rusiya-Azərbaycan dostluq və strateji tərəfdaşlıq əlaqələrinin bundan sonra da uğurla inkişaf edəcəyinə əminliklərini bildiriblər.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az