Azərbaycan vətəndaşı Dağıstanda tanışını qətlə yetirdi

Azərbaycan vətəndaşı Dağıstanda tanışını qətlə yetirdi
Dağıstan Respublikasının Məhərrəmkənd rayonu ərazisində Azərbaycan vətəndaşı qətl hadisəsi törədib.

Miq.az "report"-a istinadən bildirir ki, bu barədə Rusiya Federasiyasının respublika üzrə İstintaq Komitəsinin məlumatında deyilir.

Bildirilir ki, 48 yaşlı azərbaycanlıya qarşı Cinayət Məcəlləsinin 105-ci maddəsinin 1-ci hissəsi üzrə cinayət işi açılıb.
İstintaqın fərziyyəsinə görə, dekabrın 10-u yerli vaxtla saat təqribən 15:00-da şübhəli şəxs münaqişə zəminində 50 yaşlı rayon sakininin döş nahiyəsinə 3 bıçaq zərbəsi vurub. Zərərçəkmiş hadisə yerində ölüb.
Hadisəni törədən şəxs sərxoş vəziyyətdə olub. O, saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az