Azərbaycana sulu qar yağdı

Azərbaycana sulu qar yağdı

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, sentyabrın 24-dən ölkə ərazisində hava şəraiti qeyri-sabit keçib, şimşək çaxıb, yağış yağıb, bəzi yerlərdə leysan xarakterli intensiv olub, yüksək dağlıq ərazilərdə sulu qar yağıb, Tərtərdə dolu düşüb. Şimal-qərb küləyi əsib, arabir güclənib.

Düşən yağıntının miqdarı Bakıda və Abşeron yarımadasında 2-3, Böyük Qafqazda 5-64, Mərkəzi Aran rayonlarında 3-35, Lənkəran-Astara zonasında 8-37, Kiçik Qafqazda 12-23, Qazax-Gəncə zonasında 1-14, Naxçıvan MR-da 1-5 mm təşkil edib.

Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az