Dövlət Statistika Komitəsindən Trend-ə verilən məlumata görə, 2013-cü ildə Azərbaycanda 15-17 yaşlı analar tərəfindən 2 855, 2014-cü ildə isə 3296 uşaq dünyaya gəlib.
Əvvəlki illərdə olduğu kimi ötən il də bu yaşda dünyaya gələn uşaqların çoxu kənd yerlərinin payına düşüb. 2014-cü ildə 1054 uşaq şəhər, 2242 uşaq isə kənd yerlərində doğulub.
Qeyd edək ki, Azərbaycanda nikah yaşı 18-dir. Lakin bəzi üzrlü səbəblər olduqda nikaha daxil olmaq istəyən və nikah yaşına çatmamış şəxslərin yaşadıqları ərazinin müvafiq icra hakimiyyəti orqanı onların xahişi ilə nikah yaşının 1 ildən çox olmayaraq azaldılmasına icazə verə bilər. Bu səbəblər daha çox nikaha girmək istəyən tərəflərin ailə vəziyyətləri ilə bağlı olur. Məsələn, onların valideynləri ağır (ölümcül) xəstə olduqda, qız hamilə olduqda və s. hallarda tərəflər 17 yaşında nikaha daxil ola bilərlər.
Vətəninfo.az Trend-ə istinadla xəbər verir ki, Ailə, Qadın və Uşaq
Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva 15-17
yaşlı qadınlar tərəfindən uşaqların doğulmasının narahatedici hal
olduğunu və belə halların olmasına təəssüfləndiyini demişdi.
Uşaq dünyaya gətirən 15-17 yaşlı qadınlarla bağlı komitə tərəfindən
ayrıca araşdırmanın aparılmadığını deyən A.Sofiyeva əlavə etmişdi ki, bu
gün erkən nikah problemi yalnız hansısa region üzrə müşahidə edilmir,
bu problem bütün Azərbaycanı əhatə edir.
İranın AzTV qərarının görünməyən tərəfi – Ölkədə həbslər ola bilər
Deputat: “Xaricdə mühacirlərlə görüşməyimizdə hər hansı problem yoxdur, çünki deməyə sözümüz var”
İcra başçıcı Leyla Əliyevanın açılışını etdiyi parkı satıb? -GECƏLƏR AĞACLAR KƏSİLİR
Deputat: “İran tərəfi bilməlidir və bilir ki, Azərbaycan Televiziyası dövlət kanalıdır, dövlətimizi təmsil edir”
Məmməd Musayev əlbir olduğu sahibkarlarla birgə HƏBS EDİLDİ
Elman Nəsirov: "Dünyanın heç bir yerində xəyanətkar bağışlanmır"
“10 mini olanın atasına lənət...” - O mülklər Əhəd Abıyevindir?
Peskovdan Bakıdakı gizli görüşlə bağlı AÇIQLAMA
Sumqayıtda məşhur gimnaziyanın taleyi sual altındadır: İcra başçısı stadionu satıb?
"Azərbaycan Ermənistanın yolu ilə gedir, sonu yaxşı olmayacaq" - Rusiyadan HƏDƏ