Azərbaycanda 36 yaşlı vəzifəli şəxs vəfat etdi

Azərbaycanda 36 yaşlı vəzifəli şəxs vəfat etdi

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin şöbə müdiri vəfat edib.

Miq.Az Report-a istinadən xəbər verir ki, nazirliyin İnsan resurslarının idarə edilməsi şöbəsinin müdiri Orxan Məhərrəmli 36 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, O.Məhərrəmli 1985-ci ilin dekabrın 6-da anadan olub. Bakı Dövlət Universitetinin coğrafiya müəllimliyi fakültəsinin bitirib. 2007-2009-cu illərdə Samur MMC direktor müavini, 2009-2010-cu illərdə ARDNŞ "Neft Daşları” Neft Qaz Çıxarma İdarəsində komendant, 2010-2012-ci illərdə ARDNŞ "Azərikimya” İB kadrlar üzrə mühəndis, 2012-2018-ci illərdə ARDNŞ "Azərikimya” İB, Kadrlar və kadr hazırlığı şöbəsi, şöbə rəisinin müavini vəzifəsində işləyib.

2018-ci ildən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin İnsan Resurlarının İdarə Edilməsi Şöbəsinin müdiri vəzifəsində işləyib.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az