Azərbaycanda ağır QƏZA: Ölən və yaralananlar var

Azərbaycanda ağır QƏZA: Ölən və yaralananlar var

Cəlilabadda ağır yol qəzasında 5 nəfər ölüb, 3 nəfər xəsarət alıb.

Miq.Az xəbər verir ki, Sərhədabad kəndi ərazisində "Mitsubishi" və "VAZ-2107" markalı avtomobillərin toqquşması nəticəsində 5 nəfər ölüb, 3 nəfər xəsarət alıb. Ölən şəxslər "VAZ-2107" minik avtomobilində olanlardır. Belə ki, "VAZ-2107" markalı avtomobilin sürücüsü, 1966-cı il təvəllüdlü Məlikov Sakeh İshaq oğlu, sərnişinlər 1978-ci il təvəllüdü Kərimov Elçin Xanverdi oğlu, 1970-ci il təvəllüdlü İmanova Şura Həsənağa qızı, 1995-ci il təvəllüdlü Şahbazova Gültəkin Həmzə qızı, 1975-ci il təvəllüdlü Kərimova Gülnarə Sulduz qızı hadisə yerində vəfat edib. 

Qəza nəticəsində "Mitsubishi" markalı avtomobildə olan üç nəfər müxtəlif dərəcəli bədən xərarətləri alıb. Onlar Cəlilabad rayonunun İnili kənd sakini, 1948-ci il təvəllüdlü Rəhimov Xudaş Musa oğlu, 1984-cü il təvəllüdlü Rəhimov Samir Xudaş oğlu, 2006-cı il təvəllüdlü Rəhimova Jalə Samir qızıdır. 

Faktla bağlı araşdırma aparılır.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az