Azərbaycanda azyaşlıların toyu oldu: Bəyin 12, gəlinin isə 14 yaşı var (FOTO)

Azərbaycanda azyaşlıların toyu oldu: Bəyin 12, gəlinin isə 14 yaşı var (FOTO)
Yevlax rayon Cirdaxan kəndində qeyri-adi toy keçirilib.
 
Unikal.org xəbər verir ki, sosial şəbələlərdə toydan foto paylaşılıb və qeyd edilib ki, bəyin 12, gəlinin isə 14 yaşı var. Evlənən cütlüyün yaşının az olması isə sosial şəbəkə istifadəçilərinin narazılığına səbəb olub.
 
Məsələ ilə bağlı Cirdaxan Bələdiyyə sədri Qiyas Həsənov unikal.org-a açıqlama verib. O, həmin toyun bələdiyyə sədri olduğu kənddə deyil, rayonun başqa ərazisində baş tutduğunu qeyd edib:
 
"Yayılan fotodan xəbərimiz var. Sözügedən toy bizim kənddə olmayıb. Həmin toy rayonun başqa ərazisində, qaraçılar yaşayan ərazidə baş tutub. Məndə olan məlumata görə, o şəkil qaraçı toyunda şəkilib”.
 
Miq.az

İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az