Azərbaycanda bu saytlara giriş bağlandı

Azərbaycanda bu saytlara giriş bağlandı
Məhkəmə bu barədə qərar qəbul edib

Bakıda məhkəmə bir sıra xəbər saytlarına girişin məhdudlaşdırılması barədə hökm çıxarıb.

İstiPress-in BBC-yə istinadən verdiyi məlumata görə, girişi məhdudlaşdırılan saytlar arasında Azadlıq qəzeti, Azadlıq radiosu, Meydan TV, Turan telekanalı və Azərbaycan saatı proqramının internet səhifələri var.

Onun sözlərinə görə, bu saytlar başqa domen adı ilə açılarsa, bu qərar yeni ünvanlara şamil edilməyəcək.

Məhkəmə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin iddiası əsasında keçirilib.

Nazirlik Baş prokurorluğun ərizəsi əsasında media qurumlarını Azərbaycan Respublikasının konstitusiya quruluşunun zorla dəyişdirilməsinə və ictimai sabitliyin pozulmasına yönələn destruktiv hərəkətlərə yol verməkdə, kütləvi iğtişaşların təşkil edilməsinə yönələn açıq çağırışlar etməkdə ittiham edir.

Bundan başqa, media qurumları radikal dini qurumların qanunsuz fəaliyyətlərinin təbliğ etmək və yayılması qadağan edilən digər informasiyaların yerləşdirməklə "dövlətin və cəmiyyətin qanunla qorunan maraqlarına təhdid" yaratmaqda ittiham edilir.

Media qurumları iddiaları rədd edirlər.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az