Azərbaycanda dərman istehsal edən zavod tikiləcək - 70 milyon avroya

Azərbaycanda dərman istehsal edən zavod tikiləcək - 70 milyon avroya
Rusiyanın "R-Farm” şirkətlər qrupu, onun partnyoru "Vita-A” və Azərbaycan İnvestisiya Şirkəti ölkəmizdə əczaçılıq kompleksi tikməklə bağlı razılığa gəliblər.

"Qafqazinfo” Rusiya KİV-ə istinadən xəbər verir ki, üç şirkət arasında bölünəcək səhmlərdən 10 faizi Azərbaycan şirkətinin payına düşəcək. 

Azərbaycanda ilk olacaq bu kompleks istehsal, laboratoriya və logistika hissələrindən ibarət olacaq. Zavod onkoloji, hematoloji, otoimmün endokrin, SPİD, müxtəlif növ viral hepatit kimi xəstəliklərin müalicəsi üçün dərmanlar istehsal edəcək.

Layihənin reallaşması üçün 70 milyon avro investisiya qoyulacaq.

Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az