Azərbaycanda erməni əsgərin meyiti tapıldı

Azərbaycanda erməni əsgərin meyiti tapıldı
Dağlıq Qarbağda Ermənistan ordusunun əsgəri öldürülüb.

Miq.az anspress-ə istinadən bildirir ki, Ermənistan  Müdafiə Nazirliyinin mətbuat xidməti ölüm faktını təsdiqləyib.

Əsgər Hrant G.Qriqoryanın meyiti bu gün cəbhə xəttinin cənub istiqamətində təlim bölməsində tapılıb. Təlim bölməsi təmas xəttinin cənub istiqamətindədir.

1997-ci ildə təvəllüdlü əsgərin hansı şəraitdə öldüyü bəlli deyil. Ermənistan istintaq komitəsi hadisə ilə əlaqədar araşdırmaya başlayıb.

Qeyd edək ki, "4 günlük" müharibədən sonra ermənilərin Qarabağdakı və Ermənistandakı hərbi hissələrində tez-tez əsgər ölümü xəbərləri yayılmaqdadır.

Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az