Azərbaycanda icra başçısının oğlu adam öldürdü

Azərbaycanda icra başçısının oğlu adam öldürdü

Zərdab rayon icra hakimiyyətinin başçısı Lütfəli Babayevin oğlu Baba Babayev Mingəçevir şəhərində yol hərəkəti qaydalarının tələblərini kobud şəkildə pozaraq, ölümlə nəticələnən qəza törədib.

“Vətəninfo.az” xəbər verir ki, Mingəçevir Şəhər 7 saylı orta məktəbin qarşısında müəyyən edilən sürət həddinin tələblərini pozan Baba Babayev piyadanı vurub. Avtomobilin sürət həddi yüksək olduğundan piyada yerindəcə keçinib.
Lütfəli Babayev oğlunun törətdiyi əməli yaxın qohumlarından birinin adına yazdırmaq istəyir. Belə ki, icra başçısının qohumlarından biri avtomobili özünün idarə etdiyini və hadisənin özü tərəfindən törədildiyini istintaqa bildirib.
Mingəçevir Şəhər Polis Şöbəsi hadisəni təsdiqləyib.Polis şöbəsindən piyadanı vuran avtomobilin Babayevlər ailəsinə məxsus olduğunu təsdiqlənsə də, avtomobili kimin idarə etdiyini açıqlamadılar.
Araşdırmalarımız zamanı məlum olub ki, vaxtilə Mingəçevirdə icra başçısı vəzifəsində işləyən Lütfəli Babayev oğlunun cinayət əməlini ört-basdır etmək üçün yerli hüquq-mühafizə orqanlarına da təsir etdirir. Həmçinin, yol qəzasında həyatını itirən yerli sakinin valideyinlərini də «ələ almağa» çalışsa da, onlar Baba Babayevin cəzalandırılmasında israr edirlər.
Daha bir xəbər aldıq ki, Baba Babayev üçün Mingəçevirdə yol hərəkəti qaydalarını pozmaq, ayrı-ayrı vətəndaşları döymək adi haldır. Oğlunun bu hərəkəti ilə bağlı Lütfəli Babayevə telefon açdıqda isə, icra başçısı bizə yaşına və statusuna uyğun olmayan formada cavab verdi. Qeyd edək ki, icra başçısının dedikləri cümlələr yazılması mümkün olmadığından, onu qələmə almadıq

“Bizim yol” qəzeti



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az