Azərbaycanda keçmiş polis FACİƏLİ ŞƏKİLDƏ ÖLDÜ

Azərbaycanda keçmiş polis FACİƏLİ ŞƏKİLDƏ ÖLDÜ

Qax şəhər sakini dəm qazından boğularaq ölüb.

Miq.Az "report"a istinadən xəbər verir ki,  hadisə bu gün səhər saatlarında şəhər ərazisində yaşayış evlərindən birində baş verib.

Belə ki, şəhər sakini 1955-ci il təvəllüdlü Fəxrəddin Qulu oğlu Məmmədov yaşadığı evin vanna otağında dəm qazından zəhərlənərək ölüb. Onun meyiti vanna otağında həyat yoldaşı tərəfindən aşkarlanıb.

Qeyd edək ki, 67 yaşlı Fəxrəddin Məmmədov təqaüddə olan polis mayorudur. O, uzun illər Qax Rayon Polis Şöbəsində sahə müvəkkili vəzifəsində çalışıb.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az