Azərbaycanda koronavirusa yoluxanların sayı artdı - Ölən yoxdur

Azərbaycanda koronavirusa yoluxanların sayı artdı - Ölən yoxdur

Azərbaycanda koronavirus infeksiyasına daha 146 yeni yoluxma faktı qeydə alınıb, 73 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Miq.Az-a verilən məlumata görə, son sutkada ölüm faktı qeydə alınmayıb.

İndiyədək ölkədə ümumilikdə 337 602 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 330 946 nəfər müalicə olunaraq sağalıb, 4 988 nəfər vəfat edib, aktiv xəstə sayı 1668 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 9046, ötən müddət ərzində isə ümumilikdə 3 876 962 test aparılıb.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az