Azərbaycanda Məhərrəmlik ayı bu tarixdə başlayacaq: Qafqaz Müsəlmanları İdarəsi

Azərbaycanda Məhərrəmlik ayı bu tarixdə başlayacaq: Qafqaz Müsəlmanları İdarəsi
Azərbaycanda Məhərrəmlik ayının başlanacağı tarix açıqlanıb. 

Miq.az xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsi (QMİ) sədrinin müavini Fuad Nurullayev Metbuat.az-ın sorğusuna cavab olaraq bildirib ki, bu il Məhərrəmlik ayı iyulun 19-na təsadüf edəcək: "Hər il olduğu kimi, bu il də Qafqaz Müsəlmanlar İdarəsi olaraq Şamaxı Rəsədxanasına sorğu göndərmişik. Bizə təqdim olunan cədvələ əsasən, bu il Məhərrəmlik ayının ilk günü iyulun 19-a, Aşura günü isə iyulun 28-nə təsadüf etməlidir. Bununla bağlı olaraq Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurasının fətvası olacaq".

Məlum məsələdir ki, Məhərrəmlik və ondan sonra davam edən Səfər ayında adətimizə görə, toylar təxirə salınır. Sədr müavininin sözlərinə görə, Məhərrəmlik ayından sonra başlayan Səfər ayı sentybarın 16-da bitəcək: "Həm Məhərrəm, həm də Səfər aylarında elimizin adətinə görə, Peyğəmbər, onun ailəsinə ehtiram və hörmət olaraq, imam Hüseynin şəhadətinə dəyər verərək biz toylarımızı təxirə salırıq. Əgər Məhərrəm ayı 19 iyulda daxil olursa, Səfər ayı sentyabrın 16-da bitəcək". 


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az