Azərbaycanda polis FACİƏLİ ŞƏKİLDƏ ÖLDÜ

Azərbaycanda polis FACİƏLİ ŞƏKİLDƏ ÖLDÜ
Tovuz rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.
 
Miq.az trend-ə istinadən xəbər verir ki, hadisə rayon mərkəzində qeydə alınıb.
 
1987-ci il təvəllüdlü Hikmət Fazil oğlu Quliyev idarə etdiyi avtomobillə hərəkətdə olarkən idarəetməni itirərək maneəyə çırpılıb. Nəticədə sürücü hadisə yerində dünyasını dəyişib.
 
Dünyasını dəyişən H.Quliyev polis əməkdaşıdır.
 
Faktla bağlı araşdırma aparılır.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az