Azərbaycan hüquq-mühafizə orqanları dələduzluqda təqsirləndirilən şəxs barəsində beynəlxalq axtarış elan edib.
Bu barədə İnterpolun saytında məlumat yerləşdirilib.
Məlumatda qeyd olunur ki, 67 yaşlı Niftəli Fətəliyev Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq – külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə təqsirləndirilir. O, ölkədə olmadığı üçün barəsində dövlətlərarası axtarış elan olunub və saxlanılması üçün İnterpola müraciət edilib.
APA-nın əldə etdiyi məlumata görə, N. Fətəliyev Quba rayon sakinidir. Onun oğlu, Şahverdi Fətəliyev isə hazırda Quba Rayon Polis Şöbəsində sahə rəisi vəzifəsində çalışır. Ş. Fətəliyev polis kapitanıdır.
Ş. Fətəliyev atasının axtarışa verilməsindən məlumatsız olduğunu bildirib: "Atam hazırda Rusiyadadır. Səhhəti ilə əlaqədar müalicəyə gedib. Onun axtarışa verilməsi ilə bağlı məlumatımız yoxdur”./APA
“GƏNCƏVİ” jurnalının təqdimat tarixi müəyyənləşib
Novella Cəfəroğlu: “Yağış yağanda şəhəri su basırsa, dövlət qurumları millətin qarşısında cavab verməlidirlər”
Natiq Əliyevin qızından şikayətçi olan da general imiş - Foto
General Natiq Əliyevin qızı saxlanıldı
Hərbçilərə mənzil əvəzinə pul verilsin, polislərin maaşı artırılsın – Qüdrət Həsənquliyev
“Regionlarda problemlərin işıqlandırılmasına maneələr yaradılır” -DEPUTAT
Dağ kəndlərində qaz və işıq limiti ləğv edilsin - TƏKLİF
Musa Quliyevdən "uşaqpulu" açıqlaması: "Müavinətin məbləği artırılaraq 100 manata çatdırılacaq"
Naqif Həmzəyev "səlahiyyətimiz yoxdur" dedi, Ziyafət Əsgərov isə...
Bu gün Azərbaycanda Zəfər Günüdür