Azərbaycanda polkovnik HƏBS EDİLDİ

Azərbaycanda polkovnik HƏBS EDİLDİ

Müdafiə Nazirliyinin Mərkəzi Həkim Komissiyasının sabiq rəisi həbs edilib.  

Miq.Az lent.az-a istinadən xəbər verir ki, tibb xidməti polkovniki Azad Abdullayev Cinayət Məcəlləsinin 312.2-ci (Vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər (hərəkətsizlik) etməyə görə ona rüşvət vermə və ya təkrar rüşvət vermə) maddəsi ilə təqsirləndirilir. 

O, bir müddət əvvəl Respublika Hərbi Prokurorluğunda başlanmış cinayət işi üzrə tutulub. 

Cinayət işinin ibtidai istintaqı yekunlaşaraq baxılması üçün Bakı Hərbi Məhkəməsinə göndərilib.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az