Həmin lövhədə “Madaqaskar” animasiyasının qəhrəmanları üzərində ailə üzvlərinin adı yazılıb
Azərbaycanda qız atasını təbrik etmək üçün qeyri-adi bir addım atıb. “Qafqazinfo”nun məlumatına görə, “Facebook” sosial şəbəkəsində yayılan foto müzakirələrə səbəb olub. Fotonun sahibi Bakı sakini Leyla Haşımova avqustun 2-də 39 yaşı tamam olan atasını qeyri-adi yolla təbrik edib. Belə ki, reklam agentliyi ilə aparılan danışıqlardan sonra Bakının Nobel prospektində maraqlı reklam löhvəsi asılıb. Reklam löhvəsində “Madaqaskar” animasiyasının qəhrəmanları əks olunub və hər bir şəklin üzərində ailə üzvlərinin adı qeyd olunub.
Qeyd edək ki, qızın atasına ünvanladığı orijinal təbrikinin qiyməti dəqiq qeyd olunmasa da, hər halda yüksək məbləğə başa gəldiyi təxmin olunur.
Qafqazinfo
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL
“Əgər bilsəydim ki, Ramiz Mehdiyev...”
Azərbaycan neftinin qiyməti 107 dolları ötdü
Aliment məbləği artırılır?