Azərbaycanda referendumqabağı təşviqat müddəti başa çatıb
Azərbaycanda referendumqabağı təşviqat müddəti başa çatıb.
"Report"un xəbərinə görə, təşviqatı referendum üzrə qeydə alınmış təşviqat qrupları aparıb.
Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi məqsədi ilə 2016-cı il sentyabrın 26-na təyin edilmiş ümumxalq səsverməsinin (referendumun) hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planına əsasən, təşviqat səsvermə gününə 23 gün qalmış - sentyabrın 3-də başlanmalı və səsvermənin başlanmasına 24 saat qalanadək - sentyabrın 25-i saat 8.00-da dayandırılmalıdır.
Qeyd edək ki, Mərkəzi Seçki Komissiyası üç təşviqat qrupunu qeydə alıb. Bunlar "Yeni Azərbaycan", "Bələdiyyə" və Vətəndaş Cəmiyyəti" təşviqat qruplarıdır.
Miq.az