Azərbaycanda tədris müəssisələrinin fəaliyyətini bərpa edəcəyi tarix açıqlandı - RƏSMİ

Azərbaycanda tədris müəssisələrinin fəaliyyətini bərpa edəcəyi tarix açıqlandı - RƏSMİ

Ölkədə bütün tədris müəssisələrinin fəaliyyəti sentyabrın 15-də başlayacaq. 

Miq.Az xəbər verir ki, bunu Təhsil naziri Emin Əmrullayev deyib.

O bildirib ki, məktəbəqədər təhsil və bağçalarda distant təhsil mümkün deyil:

"Ailələrin işləməsini nəzərə alaraq, uşaq bağçalarının sentybarın 15-dən başlayaraq epidemioloji vəziyyət nəzərə alınmaqla fəaliyyəti bərpa ediləcək.

Bu, ölkənin bütün regionlarına eyni anda şamil edilməyəcək. Oktyabr ayının 1-dək müşahidə aparılacaq. Əgər epidemioloji vəziyyətdə kəskin dəyişiklik olmazsa, bu, davam edəcək”.

Onun sözlərinə görə, bu proses sentyabrın 15-dən noyabrın 2-dək davam etdiriləcək.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az