Azərbaycanda tək böyrəkli uşaq doğuldu

Azərbaycanda tək böyrəkli uşaq doğuldu
Azərbaycanda xəstəxanaların birində doğulan körpənin böyrəyinin olmaması səbəbindən vəziyyətinin ağırlığını nəzərə alaraq yenidoğulmuş Mərkəzi Klinikaya köçürülüb. 

Miq.az medicina.az-a istinadən xəbər verir ki, parılan müayinələr zamanı məlum olub ki, uşaqda sol böyrək anadangəlmə yoxdur, sağ böyrək isə inkişafdan qalıb. 
Körpədə sidik ifrazı getdikcə azalırdı, kəskin böyrək çatışmazlığı baş verirdi. 
Cəmi 2 günlük körpəyə Periton dializ kateteri taxıldı. 
Klinikanın uşaq uroloq cərrahı Fuad Hüseynovun bildirdiyinə görə, belə patologiyalı uşaqların yaşaması şansı az olduğundan, uşaq reanimasiyası və neonotoloqlarının üzərinə böyük iş düşür. Ağır səylərimiz nəticəsində körpəmizi yaşada bildik. Uşaq hazırda evdədir, uşaq nevroloqu dr. Sülhiyyə Ələkbərovanın daimi nəzarətindədir.

Bəs uşağın gələcəkdə vəziyyəti necə olacaq sualına həkim "Uşağın 1 yaşını gözləyirik. Yəqin ki, böyrək köçürülməsinə ehtiyac yaranacaq. O vaxta kimi vəziyyətini izləyəcəyik, lazım gəlsə, müdaxilə olunacaq" cavabını verib. 
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az