Azərbaycanda vəkil məhkəmə zalında həbs olundu

Azərbaycanda vəkil məhkəmə zalında həbs olundu

Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən keçmiş vəkil Ruhid Əkbərovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Miq.Az xəbər verir ki, hakim Azər Paşayevin sədrlik etdiyi kollegiyanın hökmü ilə o, 3 il müddətinə azadlıqdan məhrum edilib.

R.Əkbərov Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə təqsirli bilinib.

Onun barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz olunub.

R.Əkbərov Vəkillər Kollegiyasının üzvü olub və bir müddət əvvəl fəaliyyəti dayandırılıb.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az