Azərbaycanda yeni hərbçilərin hazırlığı başlandı (VİDEO)

Azərbaycanda yeni hərbçilərin hazırlığı başlandı (VİDEO)
Qəbula aprelin 1-dən start verilir

Azərbaycanda yeni hərbçilərin hazırlanması prosesinə start verilir. Müdafiə Nazirliyindən  verilən məlumata görə, aprelin 1-dən 2017-2018-ci tədris ili üçün Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə ərizə qəbulu başlayır. 

Qəbul I ixtisas qrupu üzrə aparılır. Abituriyentlərin Azərbaycan dili, riyaziyyat, fizika, kimya və xarici dil bilikləri yoxlanılır. 

İki gündən sonra həmçinin hərbi liseylərə, eləcə də Azərbaycan Tibb Universitetinin Hərbi Tibb Fakültəsi və Hərbi Tibb Məktəbinə ərizə qəbulu olacaq.

Cəmşid Naxçıvanski adına hərbi liseydə təhsil müddəti üç ildir. Bura 8-ci sinfi bitirmiş şagirdlər riyaziyyat, fizika, Azərbaycan dili və kimya fənlərindən test imtahanı verməklə daxil ola bilərlər. 
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az