Azərbaycanda Yeni ildə 5 gün iş olmayacaq

 Azərbaycanda Yeni ildə 5 gün iş olmayacaq
31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni illə əlaqədar Azərbaycanda 5 gün qeyri-iş günü olacaq.
 
APA-nın məlumatına görə, 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü, 1-2 yanvar Yeni illə bağlı bayram günləri elan edilib.
 
Ancaq 2016-cı il 31 dekabr tarixi şənbəyə, 1 yanvar 2017-ci il tarixi bazar gününə təsadüf etdiyindən Əmək Məcəlləsinə əsasən iş və istirahət günlərinin yerləri dəyişdiriləcək, 3, 4 yanvar qeyri-iş günü olacaq.
 
Beləliklə, Yeni ildə Azərbaycanda ardıcıl olaraq 5 gün - 31 dekabr, 1, 2, 3, 4 yanvar qeyri-iş günüdür.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az