“Azərbaycanda yeni islahatlar aparılacaq” — Putinin dostu

“Azərbaycanda yeni islahatlar aparılacaq” — Putinin dostu

Qaradəniz və Xəzər Regionu Ölkələri Hüquqşünasları Assosiasiyasının prezidenti, professor İlham Rəhimov sentyabrın 26-da Azərbaycanda keçirilən referendumun nəticələrinə münasibət bildirib.

İ.Rəhimov "Ölkə.az”-ın sualına cavabında deyib ki, Azərbaycanda baş tutan referendum ölkədəki islahatlarla bağlıdır:

"Hər bir referendum hansısa məqsədə hədəflənib və islahatları özündə ehtiva edir. Ümumiyyətlə, dünya ölkələrində keçirilən bütün referendumların başında islahatlar aparmaq dayanır. Bu baxımdan da biz gözləyirik ki, referendumun nəticəsi kimi Azərbaycanda yeni islahatlar aparılacaq”.

Xatırladaq ki, İlham Rəhimov Rusiya prezidenti Vladimir Putinin tələbə yoldaşıdır və yaxın dostu hesab olunur.

Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az