Azərbaycandan Ermənistana efir hücumu

Azərbaycandan Ermənistana efir hücumu
Ermənistan rəhbərliyi əks tədbirlər görməyə söz verib

Ermənistan hakimiyyəti Azərbaycan radiostansiyalarına qulaq asan ölkə sakinlərinin sayının artmasından ciddi narahat olub .

Bu barədə Ermənistan milli tele-radio komissiyanın sədri Qaqik Bünyatyan bildirib. Onun sözlərinə görə, şərq qonşularının, yəni Azərbaycanın tezlik spektrləri daha iri həcmlidir, yayıcıları isə çox güclüdür.

"Azərbaycandan bizim əraziyə erməni dilində verilişlər və musiqi verirlər”,- deyə o bildirib.

"Coğrafi maneələr - dağlar olmayan yerdə onların siqnalları asanlıqla Ermənistana keçir. Buna görə biz bu gün təbliğat və dezinformasiya məqsədli radiosiqnalların keçə biləcəyi yerləri araşdırırıq və müəyyən edirik. Lazım olarsa, bunun qarşısını almaq üçün tədbirlər görəcəyik”,- deyə Bünyatyan bildirib.

Erməni KİV-ləri dəfələrlə bildiriblər ki, Ermənistanda Azərbaycan radiostansiyalarını dinləyənlərin sayı önəmli səviyyədə artıb. Çünki Erimənistanda insanlar doğru xəbər almaq istəyirlər. Bunu isə  bu cənubi Qafqaz respulikasındı gündüz əli çıraqla tapmaq mümkün deyil. //İstipress.com
 
Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az